Ledmonitor.az komandası olaraq LED ekranların quraşdırılmasından tutmuş proqram təminatının yazılması və sonrakı texniki dəstəyinə kimi tam spektrdə, zəmanətli xidmətlər təklif edirik.
Daxili və xarici məkanlar, səhnə arxaları və fasadlar üçün led tabloların təhlükəsiz, dəqiq və peşəkar formada yerində quraşdırılması.
Ekranların operativ yoxlanılması. Hər hansı bir nasazlıq olduqda ehtiyat hissələrinin sifarişi və vaxtında əvəzlənməsi (təmiri).
Ekranlar üçün xüsusi proqram təminatının yazılması, mövcud versiyaların yenilənməsi və fərqli ölçülərə adaptasiya prosesləri.
Məhsullarımız artıq Azərbaycan bazarında öz sözünü demişdir. Layihənin planlaşdırılmasından təhvil verilməsinə qədər bizimlə birbaşa əlaqə yaradın!